Azərbaycanın 1990-1993-cü illər tarixinin çox qısa təhlili
Yaxın tariximizə aid analitika oxumaq həvəsi olanlar üçün yazı. Buyurun! Xoşunuza gəlsə, həm də yayın ki, bəlkə dostlarınız arasında başqa oxumaq istəyənlər də oldu. Öncədən təşəkkür! Azərbaycanın 1990-1993-cü illər tarixinin çox qısa təhlili 1990-cı ilin 20 Yanvar hadisələri əsnasında Ayaz Mütəllibov Moskva tərəfindən hakimiyyətə gətirilir. Yalnız bir məqsəd var idi: ölkədə yüksəlmkədə olan milli-azadlıq hərəkatının qarşısını almaq. O da bu işdə əlindən gələni əsirgəmirdi. Lakin Moskva və Kommunist partiyası da daha əvvəlki gücündə deyildi. Nəticədə, bütün SSRİ-də olduğu kimi Azərbaycanda da 1990-cl ilin parlament seçkiləri qismən demokratik keçirildi. Yerli Kommunist partiyasının alternativinə çevrilmiş Azərbaycan Xalq Cəbhəsinin xeyli üzvü, və müstəqil insanlar parlamentə seçildi. Cümhuriyyətin süqutundan sonra ilk dəfə Azərbaycan Parlamentində (Ali Sovet adlanırdı) kifayət qədər güclü müxalifət fraksiyası formalaşdı. İclasları televizorda göstərilən parlament sessiyaları ...