Kayıtlar

həyat etiketine sahip yayınlar gösteriliyor

"Həyat necə yaranıb?" sualına cavab axtarılır

Resim
Milyardlarla il öncə həyatın yaranmasına səbəb olan molekulyar rəqs müasir elmdə qaranlıq sirlərini biri olaraq qalır. Dəqiq "xoreoqrafiya" zaman içində itirilmiş olsa da elm indi "rəqsin" əsas addımlardan biri müəyyən oluna biləcəyini deyir. Almaniyada kimyaçıla erkən yer üzündə mövcud olmuş, DNT, RNT və hüceyrənin enerji mexanizmlərinin əsas tərkib hissəsi olam purin (C5H4N4) adlı birləşmələrin yayılmasına yol açan kimyəvi maddələr haqqında hesabat hazırlayıblar. Abiogenez nəzəriyyəsinə görə ilk olaraq RNT yaranmışdır. Hazırkı elmi məlumatlara görə ilk uzun RNT zənciri genetik məlumat daşıyır və kimyəvi reaksiyalarda katalizator rolu oynayırdı. Bu iki funksiya həyatın təkamülü üçün əsaslardan biridir. Lakin RNT zəncirinin özünün necə yarandığı, necə yayıldığı və "RNT dünyası"na necə yol açdığı qaranlıq qalırdı. RNT 4 fərqli fundamentdən ibarətdir: Adenin (A), Quanin (G), Urasil (U), Sitozin (C). 8 il öncə ingilis kimyaçı Con Saderlandın başçılıq e...