Kayıtlar

Bakı-Tiflis-Qars etiketine sahip yayınlar gösteriliyor

Bəzi miflər haqqında...

Resim
Son dövrdə hökumətyönlü mətbuatda bir neçə tezis müzakirə olunur və Azərbaycanın düşdüyü bu çətin, ağrılı böhrandan çıxış üçün bəzi təkliflər xilas yolu kimi vətəndaşlara sırınmağa çalışılır. Mif nömrə 1: “Azərbaycan yüklərin tranzit mərkəzinə çevriləcək, Şərqdən Qərbə, Şimaldan Cənuba yüklər bizim üzərimizdən keçəcək, ölkə çoxlu pul qazanacaq” – Bu tezisi söyləyənlər ya coğrafiyanı yaxşı bilmirlər, ya da tranzit yükdaşımalarının gəlirlilik səviyyəsi haqqında məlumatları yoxdur. İlk öncə onu deyim ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti və nəzərdə tutulan Rusiya-İran dəmir yolu xətti doğru qərarlardır, amma bu ölkənin xilas mənbəyi deyil. Dünyada tranzitdən nəzərəçarpacaq qədər pul qazanan 2 ölkə var: Panama və Misir, hər ikisi də böyük su kanalları hesabınadır. Dəmir yolu tranzitindən pul qazanıb dolanan ölkə yoxdur. Azərbaycan ölkə olaraq, ən yaxşı halda bu iki dəmiryolu layihəsinin işləməsindən, yük tranzitindən ildə 50-60 mln. dollar pul qazana biləcək, bu da pis deyil, amma ...