Kayıtlar

şəffaflıq etiketine sahip yayınlar gösteriliyor

Məmurlardan hesabat tələb edən təşkilatdan çıxırıqmı?

Resim
Azərbaycan hökumətinin Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Platformasının dünən çıxardığı qərara münasibəti hələ ki, bəlli deyil. Lakin bu məlumata ictimai reaksiyaların zəif olmasından belə anlaşılır ki, cəmiyyətdə bu platformanın həm mahiyyəti, həm də əhəmiyyəti ilə bağlı yetərincə informasiya yoxdu.   Qısaca onu deyim ki, indi dünyada məmurlardan öz gəlirləri barədə vətəndaşlarına məlumat təqdim etməyi, dövlət orqanlarından öz fəaliyyətləri barədə hesabatları bütün detallarına qədər vətəndaşına açıqlamağı, insanların öz problemlərinin həlli üçün idarəetmədə iştiraka şərait yaratmağı, vətəndaş cəmiyyətinə hərtərəfli sərbəst fəaliyyət üçün meydan verməyi minimum standart olaraq tələbə çevirən yeganə təşəbbüsdü. İkinci belə platforma və ya beynəlxalq təşkilat yoxdur ki, bütün bu məsələlərin hamısını bir yerdə hökumətlərin stolunun üzərinə qoysun. Dünən bu platforma Azərbaycanı aktiv üzvlük statusundan məhrum etdi. Platfrormanın dəyər və prinsiplərinin qorunması ilə bağlı s...