Dostoyevski "Krımnaş", Turgenev "Rusiya dağılsa, yaxşıdır" deyərdi
Zamin Vəzir Hacı dünən bir status yazmışdı Tolstoyla Dostoyevski haqqında, onu oxuyanda ağlıma gəldi. Sözsüz ki, ikisi də böyük ədibdirlər. Amma mənim şəxsi təəssüratım budur ki, ictimai həyata adekvat yön göstərmək nöqteyi nəzərindən Turgenev ikisini də üstələyir. Məsələn, Brokqauz və Efronun ensiklopediyasında Turgenev haqqında məqalədə qeyd edilir ki, onun Rusiyada təhkimçilik hüququnun ləğvinə birbaşa təsiri olub. Çünki çarın bu yöndə fikirlərinin formalaşmasında Turgenevin əsərləri şəksiz rol oynayıb. Məsələ burasındadır ki, Rusiya 19-cu əsrdə həll ediləcək məsələləri gətirb çıxardıb 21-ci əsrə, bizi də zibilə salıb. Dostoyevski haqqında çəkilən serialda bir epizod var, Turgenevlə dialoqdur (şərhdə linkini yerləşdirəcəm). Tarixdə birbaşa belə dialqoun olduğunu bilmirəm. Amma orada hər ikisinin dilindən səsləndirilən fikirləri ayrı-ayrı yerlərdə yazıblar. Dialoq Krım müharibəsinə münasibət ətrafındadır. Ona baxanda elə təəssürat yaranır ki, Dostoyevski indi yaşasayd...