Gerçək SSRİ və gerçək Rusiya...
Acemoğlu və Robinsonun "Xalqların çöküş"ü əsərində Sovetlərlə bağlı maraqlı qeydlər var. Müəlliflərin istifadə elədiyi faktlar göstərir ki, Əfqanıstana müdaxiləyə qədər SSRİ-nin iqtisadi imkanları Qərb üçün kifayət qədər böyük görünüb - gerçəkdə olduğundan. Müəlliflər yazır: "Sosalist inqilabından dərhal sonra Leninlə danışıb bolşeviklərin gerçək niyyətini anlamaq və onlarla anlaşmaq üçün amerikanlar gənc diplomat Bullitin və dövrünün ən intellektual və tanınan qəzetçisi Steffensin təmsilçiliyilə nümayəndə heyətini Rusiyaya göndərdi. Qayıdandan bir müddət sonra Steffens heyranlıqıa yazırdı ki, SSRİ təkamül planı olan inqilabi dövlətdi. Sonralar Steffens yenə SSRİ-də oldu və ondan yaxın tanışları "demək Rusiyadaydın" deyə soruşanda, "Yox, gələcəkdəydim və mən artıq gələcəyi görmüş sayılıram" deyə cavab vermişdi. 20-30-cu illərdə Qərbin Sovetlər haqqında təsəvvürü bu idi. Hətta Xruşşov 1956-cı ildə BMT tribunasından Qərbə xitabən "Sizi göməcəyi...