Kayıtlar

hadı rəcəbli etiketine sahip yayınlar gösteriliyor

Dəyərlərin, qavramların, insanların yerinin dəyişik düşdüyü sistem... (istirahət günü yazısı, düşünmək üçün)

Resim
Dəfələrlə bu haqda yazmışıq, danışmışıq: İqtidarın dəyərlər üzərində qurulan hekayəsi, ideologiyası yoxdur. Belə bir sistemdə təbiidir ki, qavramların, həm də insanların yeri səhv düşür, sistem öz daxili “oyun qaydalarına” görə qavramlar formalaşdırır, həmin “oyun qaydalarını” həyata keçirmək üçün keyfiyyətsiz insanları önə çəkir. Çünki, o qaydalar tək bir hədəfə xidmət edir – maddi maraqlar üzərində qurulan sistemi qorumaq! Belə yanaşma siyasətdə, iqtisadiyyatda, biznesdə, mədəniyyətdə, elmdə, hətta musiqidə və sənətin digər sahələrində önə çıxır. Bütün bu sadaladığım sahələrdə dominant rolu hələ də, obrazlı desək, “sovetdən qalmalar” oynayırlar. Ölkənin idarəetmə elitasında nəsil dəyişimi olmayıb deyə, hər sahədə “elita” rolunu məhz “köhnələr” oynamaqda davam edirlər. Bu isə paradokslara gətirib çıxarır, məsələn: 1) Parlamentdə sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli məntiqlə vətəndaşların sosial rifahı üçün çalışmalıdır – amma təm tərsi, sosial sahədə hökumətin ma...