Trump administrasiyası İran və Rusiya dilemmasında və ya çoxdəyişənli proseslərin sistemli təhlili cəhdi
Trampla mənim hərdən statuslarda məzələnməyimi çalışın, çox da ciddiyə alaraq uzağa getməyəsiniz. Bu adam hakimiyyətə gələndən dünyadakı onsuz da qəliz olan proseslər daha da qəlizləşmişdir və bu proseslər birbaşa dövlət və xalq kimi bizim taleyimizə təsir etdiyinə (və edəcəyinə) görə məsələlərə çox soyuqbaşla baxmağa çalışın. Bu adam fərd və şəxs olaraq dəli, başdan xarab ola bilər və bütün tənqidlərdəki kimi ola bilər, ancaq ona daha böyük və qlobal mənzərənin, çərçivənin və proseslərin (puzzle) bir parçası olaraq baxsaq, onun tarixi hadisələrin inkişafındakı bir "kəpənək effekti"nin (batterfly effect) nəticəsi, eləcə də özünün hansı "kəpənək effekti"ni doğuracağını düşünmək lazımdır. Və ya Trampa çox məchullu və çox dəyişənli mürəkkəb riyazi tənlik olan beynəlxalq münasibətlərdə mürəkkəb bir dəyişən kimi baxın. Tramp administrasiyası daxilində və ABŞ-da müxtəlif siyasi qruplar arasında cərayan edən ziddiyyətli proseslərin bu ölkənin xarici siyasətinə və b...