Kayıtlar

kinematoqrafiya etiketine sahip yayınlar gösteriliyor

İranlı rejissor Panahi haqqında

Resim
İnqilab sonrası İran totalitarizminin kinematoqrafiyaya xüsusi mistika səbəbi olduğunu fikirləşmişəm. Çünkü senzuranın bir digər üzü, alternativ yaradıcılığa səbəb ola bilir. Kiarostami, Makbalbax, Farhadi və ya Jafar Panahi üçün yuxarıdakı cümlə keçərliliyini sübut edib. Xüsusilə də, Panahi üçün. İran kinematoqrafiyasının "Yeni Dalğa" ustasının tragediyası, iyirmi il kino çəkməmək, ssenari yazmamaq, ölkədən çıxmamaqla birgə, altı illik həbs cəzasıdır. Və Panahi bunun müqabilində kameraman dostu ilə birgə "This is not film" adlanan sənədli film çəkir. "Film" olduqca sadədir, Panahinin evdə keçirtdiyi bir günü işıqlandırır. Panahi kameraya təzə yazdığı, lakin dövlət tərəfindən qadağan edilən ssenarisini səhnə-səhnə - yerə xəttlər çəkərək, telefonunu yataq metaforsı edərək, intihar haqda düşünən qızın yerinə özünü qoyaraq - canlandırır! Bəli, İran onu kinoya həsrət qoya bilər, amma fikirini əlindən ala bilməz. Film Cannes Film Festivalına bir tortun ...