Kayıtlar

Vüqar Salamlı etiketine sahip yayınlar gösteriliyor

Hillary Clinton vs Donald J. Trump. Kimin qalib gəlmək şansı daha çoxdur?

Resim
26 iyul 2016 - Deməli vəziyyət belədir. Paytaxt ərazisi də daxil olmaqla 20 ştatda Klintonun güclü üstünlüyü var. Trump isə 21 ştatda ciddi üstünlüyə malikdir. Möcüzə baş verməsə seçki günü bu 41 ştatdan gələn səslərə görə Klintonun 249, Trumpın isə 164 səsi olacaq. Digər 9 ştatdan gələcək 125 səsin taleyi məlum deyil. Rəy sorğularında bu iki namizəd arasında fərq 2 fazidən azdır. Mübarizə bu ştatlarda gedəcək: Florida (29 səs), Pensilvaniya (20), Ohayo (18), Corciya (16), Şimali Karolina (15), Arizona (11), Nevada (6), Ayova (6), Nyu Hempşir (4). Prezident olmaq üçün 272 səs toplamaq lazımdır. Bu səbəbdən Klintonun işi daha asan görünür. Məsələn, bu ssenari ilə Klinton yerdə qalan 9 ştatdan ancaq Floridada qələbə qazansa, prezident olacaq. Problem ondadır ki, çox böyük bir ehtimal seçkilərdə daha iki namizəd olacaq. Həmin iki namizədin isə kimə mane olub, kimə köməkliyi edəcəyini təxmin etmək üçün hələ çox tezdir. 04 oktyabr 2016 -  ABŞ prezident seçkiləri ərəfəsi...

Respublikaçı və demokratlar arasında terminologiya müharibəsi

Resim
ABŞ konqresində 1955-1995 illər ərzində fasiləsiz olaraq çoxluq demokratların əlində idi. Demokratlar o qədər güclü idilər ki, bəzi illər konqresdəki nümayəndələri az qala 70 faizə çatırdı. Reyqanın ölkə üzrə böyük üstünlüklə prezident seçilməsi belə demokratların konqresdəki çoxluğuna mane ola bilmədi. Respublikaçılar bu vəziyyətdən o qədər bezmişdilər ki, partiyada ciddi dəyişikliklər etməyə, eksperimentlərə getməyə razı idilər. Beləliklə 1994-cü il aralıq seçkiləri zamanı Newt Gingrich və Dick Armey-nin rəhbərliyi ilə respublikaçılar “Contract with America” adlı bir sənəd hazırlayırlar. Bu sənəd partiyanın gələcəyə yönəlmiş platforması idi. Bu iki səhifəlik sənədin lüğəti, səmimi dili, sadəliyi o qədər güclü idi ki, çox qısa zamanda ABŞ-ın hər bir tərəfində danışılmağa başlayır. Nəticədə respublikaçılar 40 ildən sonra ilk dəfə konqresdə üstünlüyü qazana bildilər (Gingrich spiker, Armey çoxluq lideri seçilir). O zamandan bəri respublikaçılar qısa bir vaxt kəsimini saymasaq (...

Türkiyə və insanlıq haqqında 5 status

Resim
Məndən tez-tez soruşurlar ki, filan şey haqqında nə düşünürsən, mən də bütün sualları cavablandıran belə bir post yazmaq qərarına gəldim. (Zarafat edirəm, heç kim məndən heç nə soruşmur. Sadəcə digərləri kimi vacib biri olduğumu göstərməyə çalışıdım ). Deməli son günlər Türkiyə haqqında düşündüyüm, amma, yazmadığım bir neçə statusu bu postda birləşdirdim. Reaksiyanın olsa, müzakirəni davam edə bilərik. *** Status #1. Hərbi çevriliş etmək, əlbəttə ki, cinayətdir və qəbuledilməz bir məsələdir. İllər ərzində əri tərəfindən döyülən arvadın ərini baltalaması kimi bir şeydir. Etməli deyilsən. Dözməlisən. Nöqtə! Bununla bərabər, insanları çölə çıxardıb, siyasi rejimi güc ilə istefaya göndərmək də düzgün deyil. Başqa məsələr də qəbuledilməzdir, məsələn, seçkilərin saxtalaşdırılması, konstitusiyanın elitanın mənafeyinə uyğun dəyişilməsi. Sadəcə, seçkinin saxtalaşdırılması və konstitusiyanın dəyişilməsindən fərqli olaraq, siyasi rejimin hərbi və ya inqilab yolu ilə dəyişdirilməsinə ək...

"Ölkə düzgün yoldadırmı?"

Resim
ABŞ-da demək olar ki, hər ay "ölkə düzgün yoldadırmı?" adlı sorğu keçirilir. Bu sorğu ilə hökümətin siyasətinə əhalinin reaksiyanı öyrənirlər. Son 13 il ərzində elə bir sorğu olmayıb ki, ölkənin düzgün yolda olduğunu deyən insanların sayı, yanlış yolda olduğunu deyənlərdən çox olsun. Bununla bərabər düzgün istiqamətdə olduğunu deyənlərin sayı demək olar ki, heç vaxt 35 faizdən yuxarı olmayıb. Yalnız bir dəfə, düz 13 il qabaq əhalinin əksəriyyəti (50%-41%) ölkənin düzgün yolda olduqlarını deyib. Həmin zaman ABŞ əsgərləri İraqda döyüşürdü. Vüqar Salamlı - 03 aprel 2016 ( https://www.facebook.com/vugar.salamli/posts/10153875743871348 )

ABŞ seçkilərində sosial media "müharibə"si

Resim
ABŞ-da seçki kampaniyası başlayandan mən namizədlərin sosial media fəaliyyətini diqqətlə izləməyə çalışıram. Son 2-3 aya qədər Hillari Klinton bu sahədə xeyli irəlidə idi. Deyilənə görə Klintonun sosial media komandası 2008 və 2012-ci ildə Obama üçün çalışan uşaqlardan ibarətdir. Fotolar, illustrasiyalar, mətnlər və digər vizual materiallar yüksək peşəkarlıqla hazırlanırdı və hazırlanmağa davam edir. Elə indini də götürsək, Klintonun seçki kampaniyasının peşəkarlığına heç bir namizəd yaxın dura bilməz. Amma, məsələyə orqaniklik və virus effekti qoşulanda hətta peşəkarlar belə məğlub ola bilirlər. Son 1 ay ərzində Sandersin sosial media fəaliyyəti Klintondan daha effektlidir (bəyənmələr, şərhlər, paylaşmalar və s.). Hələ üstəlik Sandersin səhifələrində məlumatlar Klintondan 2-3 dəfə daha az yerləşdirildiyini nəzərə alsaq, bu nəticə daha çox təsir baxışlayır. Hal-hazırda hər iki kampaniya çox fəal mübarizədədirlər. Klintonun çox güclü peşəkar iş təcrübəsi var. Qadın namizəd olduğ...

ABŞ-da hakimiyyətə sosialistlər gələcək?

Resim
Bu gün ABŞ-da partiya daxili ilkin seçkilər başlayır. Respublikaçılar arasında yarış çox mürəkkəb olsa da, Demokratların cəbhəsində hər şey çox sadədir. Son 1 ildə keçmiş dövlət katibi Hillari Klintonun vahid namizəd olacağına heç bir şübhə yox idi. Amma, son 3-4 ayda özünü sosialist-demokrat adlandıran, 74 yaşlı senator Bernie Sandersin dəstəyini 5%-dən 40%-ə kimi qaldırmaqla bərabər, Klintonun vahid namizədlik yolunda ciddi problemlər yaratmağa başlayıb. Sandersin əldə etdiyi onlayn ianələr sayı isə sosial media inqilabı etmiş Obamanın 2008 seçki kampaniyasında bu mərhələyə qədər topladığı ianələri arxada qoyur. ABŞ-dan kənarda seçkiləri müşaidə edən insanların verdiyi ilk reaksiya budur: "Mümkün deyil ki, sosialist bir siyasətçi ABŞ prezidenti olsun." ABŞ-da rəsmən sosialist bir insanın prezident olması mümkündür. Artıq mümkündür. Və bu postda bu iddianın nəyə əsaslandığını izah etməyə çalışacam. ABŞ-a gəldiyim ilk günlərdən məni ən çox düşündürən suallardan biri o...