"Ay aman qoymayın! Avropada delfinləri qırırlar"
Deməli hər 3-4 aydan bir İnternetdə “Danimarkada delfinləri vəhşicəsinə qırırlar” adlı məqalələr paylaşılır. Həmin məqalədəki foto həqiqətən çox qorxulu və tükürpədicidir. Amma, bəxtimdən, bu fotoları görməkdən öncə, mən 1-2 dəfə təsadüfən balinaların ovlanması haqqında detallı təsvirə rast gəlmişəm. Ona görə də həmin fotonu görəndə məsələnin nə olduğu haqqında google etmək qərarına gəlmişdim. Nəyə görə balinaları qeyd etdim. Çünkü həmin fotoda delfinlər deyil, balinalardır. Onların ovlanması prosesi isə çox ağırdır Balina ovu hələ eramızdan əvvəl də olub. 17-ci və 19-cu ərslər ərzində geniş yayılır. Çox bərəkətli heyvandır. Həm əti, həm də yağı çox istifadə edilirdi. Onlarla insanla dolu gəmilər bir balina ovlamaq üçün günlərlə okeanda axtarışda olurdular. Balina o qədər güclü heyvandır ki, əksər hallarda ov zamanı ciddi xəsarət alsa da, ovçuların əlindən qaça bilirdi. 20-ci əsrdə bu ov növü xeyli azaldı. Düz 30 il əvvəl isə balinaların kommersiya məqsədi ilə ovlanması qadağan e...