Kayıtlar

Erkin Qadirli etiketine sahip yayınlar gösteriliyor

Ana Yasa düzəlişlərilə bağlı təkliflərə dair düşüncələrim (ikinci yazı)

Resim
1. Tekst və kontekst. 1995-ci ildəki Konstitusiya layihəsini oxuyan kimi (tesktdən) anlayırdın ki, söhbət çox güclü, faktiki olaraq qeyri-məhdud Prezident hakimiyyətindən gedir. Dərhal hər şey aydın oldu, orası-burası olmadı. O tekstin konteksti də aydın idi. 1995-ci ilin Konstitusiyası - ölkənin deyil, neftin əsas qanunu oldu. Böyük neft şirkətləri və onların maraqlarını siyasətə daşıyan Qərb hökumətləri Azərbaycanda demokratik parlament, koalisyon hökumət və s. istəməyiblər. Onlar yalnız bir adamla danışmağı, yalnız onunla bütün işləri həll etməyi üstün tutublar (riskləri azaltmaq üçün). Həmin adamın şəxsiyyəti onları maraqlandırmırdı, təki o, hakimiyyəti əlində saxlaya bilsin. İş elə gətirdi ki, həmin adam Heydər Əliyev oldu. Amma Qərb üçün burası prinsipial deyildi - hakimiyyəti əlində saxlaya bildiyini təsirli şəkildə göstərən istənilən adamı dəstəkləyəcəkdilər. Konstitusiyada Prezidentə, faktiki olaraq, qeyri-məhdud hakimiyyətin verilməsi bir tək Heydər Əliyev'in şəxs...

Erkin Qədirli Nardaran hadisələri haqqında yazır

Resim
Nardaran'da baş verənlərlə bağlı yazmaq istəmirdim. İndi də istəmədən yazıram - "nədən heç nə yazmırsınız?" sayağı çoxsaylı sualları cavabsız qoymamaq üçün. Do ğrusu, ilk dəfədir ki, önəmli ictimai hadisəylə bağlı açılmış mövzuya girməyə həvəssizəm. Niyə? Çünki hər iki tərəf haqsızdır. Nə Nardaranlılar özlərini bu dövlətin vətəndaşı kimi aparır, nə də iqtidar bu dövlətin hökuməti kimi davranır. Dövlət yanaşması yoxdur. Kiçik örnək. Nardaran'da "İmam Hüseyn Meydanı" var, deyirlər. Oranın sakinləri həmin yerə belə ad qoyub və hamı bu adı, onu sorğulamadan, qəbul edib. KİV-lər də oranı "İmam Hüseyn Meydanı" adlandırır. Hərçənd, o yerin rəsmi dövlət adı var (poçt ünvanı). Amma heç kim o rəsmi ünvanı dilə gətirmir. Niyə? Dövlət yanaşmasının olmadığına görə. Ya da "İslam Partiyası"nı götürək. "ReAl nə zaman partiya olacaq?", "ReAl'ın neçə üzvü var?" sayağı suallarla bizdən əl çəkməyənlərdən bir dəfə də eşitmədim...