Kayıtlar

Rusiya etiketine sahip yayınlar gösteriliyor

Böyük rus ədəbiyyatının mənfi cəhəti

Resim
Rus ədəbiyyatı böyükdür, bunu hər kəs anlayır. Rus ədəbiyyatının bizim ədəbiyyata, özəlliklə ədəbiyyata münasibətimizə təsiri danılmazdır. Amma burada önəmli məqam var. Onun haqqında heç danışılmır, ona görə də çox şey hazır həqiqət (şablon) kimi qəbul olunur. Ədəbbiyyata bir tekst kimi baxsaq, daha doğrusu ədəbbiyyatın çeşidli tesktlər arasında (kontekstdə) yerini görməyə çalışsaq, maraqlı görüntü yaranır. Tekstlər müxtəlif olur: qəzet tekstləri, məhkəmə tekstləri, parlament tekstləri, elmi və fəlsəfi tekstlər və s. Bədii tekst (ədəbiyyat) bunlardan yalnız biridir. Rus ədəbiyyatının böyüklüyü, amma eyni zamanda həm də problemi ondadır ki, o, tekstlər arasında sadəcə biri deyil, birincisidir. Rusiya'da bədii ədəbiyyat başqa tekstlərdən öncə yarandı, böyüdü, gücləndi. Rusiya'da qəzetlərin, məhkəmələrin, yerli özünü-idarəetmənin, parlamentin, elmin, fəlsəfənin və s. olmadığı bir vaxtda dünyanı, ölkəni, təbiəti və s. anlamaq üçün yalnız bədii tekst yararlı ola bildi. ...

Dostoyevski "Krımnaş", Turgenev "Rusiya dağılsa, yaxşıdır" deyərdi

Resim
Zamin Vəzir Hacı  dünən bir status yazmışdı Tolstoyla Dostoyevski haqqında, onu oxuyanda ağlıma gəldi. Sözsüz ki, ikisi də böyük ədibdirlər. Amma mənim şəxsi təəssüratım budur ki, ictimai həyata adekvat yön göstərmək nöqteyi nəzərindən Turgenev ikisini də üstələyir. Məsələn, Brokqauz və Efronun ensiklopediyasında Turgenev haqqında məqalədə qeyd edilir ki, onun Rusiyada təhkimçilik hüququnun ləğvinə birbaşa təsiri olub. Çünki çarın bu yöndə fikirlərinin formalaşmasında Turgenevin əsərləri şəksiz rol oynayıb. Məsələ burasındadır ki, Rusiya 19-cu əsrdə həll ediləcək məsələləri gətirb çıxardıb 21-ci əsrə, bizi də zibilə salıb. Dostoyevski haqqında çəkilən serialda bir epizod var, Turgenevlə dialoqdur (şərhdə linkini yerləşdirəcəm). Tarixdə birbaşa belə dialqoun olduğunu bilmirəm. Amma orada hər ikisinin dilindən səsləndirilən fikirləri ayrı-ayrı yerlərdə yazıblar. Dialoq Krım müharibəsinə münasibət ətrafındadır. Ona baxanda elə təəssürat yaranır ki, Dostoyevski indi yaşasayd...

Gerçək SSRİ və gerçək Rusiya...

Resim
Acemoğlu və Robinsonun "Xalqların çöküş"ü əsərində Sovetlərlə bağlı maraqlı qeydlər var. Müəlliflərin istifadə elədiyi faktlar göstərir ki, Əfqanıstana müdaxiləyə qədər SSRİ-nin iqtisadi imkanları Qərb üçün kifayət qədər böyük görünüb - gerçəkdə olduğundan. Müəlliflər yazır: "Sosalist inqilabından dərhal sonra Leninlə danışıb bolşeviklərin gerçək niyyətini anlamaq və onlarla anlaşmaq üçün amerikanlar gənc diplomat Bullitin və dövrünün ən intellektual və tanınan qəzetçisi Steffensin təmsilçiliyilə nümayəndə heyətini Rusiyaya göndərdi. Qayıdandan bir müddət sonra Steffens heyranlıqıa yazırdı ki, SSRİ təkamül planı olan inqilabi dövlətdi. Sonralar Steffens yenə SSRİ-də oldu və ondan yaxın tanışları "demək Rusiyadaydın" deyə soruşanda, "Yox, gələcəkdəydim və mən artıq gələcəyi görmüş sayılıram" deyə cavab vermişdi. 20-30-cu illərdə Qərbin Sovetlər haqqında təsəvvürü bu idi. Hətta Xruşşov 1956-cı ildə BMT tribunasından Qərbə xitabən "Sizi göməcəyi...

Vətəndaş kimliyinin vacibliyi barədə

Resim
Var çoxhüceyrəli monolit orqanizm, bir də var çox sayda birhüceyrəlidən ibarət koloniya. Koloniyaya bir təpik vuranda darmadağın olur. Orqanizmi isə elə asanlıqla dağıtmaq mümkün deyil. Bu müqayisədən çıxış edəndə bizim əhali koloniyadır, bütöv xalq yox. Tənzimlənməyən, yaxud bəlkə də qəsdən bu cür tənzim olunan kənar təsirlər dörd əsas cəbhə açıb: Qərb, Rusiya, Türkiyə və İran yönümlü. Balans siyasəti deyilən şey əslində bundan ibarət idi: kənar güclərə (senyorlara) hər birinin gücünə uyğun olaraq vassallıq etmək, eyni zamanda hamısına vassallıq etmək və senyorlar arasında dəngələrin dəyişməsinə uyğun olaraq vassallıq şkalalarında dərəcələrə yenidən baxmaq. Bunun başlıca iki nəticəsi olur:     1. Senyorlarla əlaqələr əsasən ayrı-ayrı şəxslərə tapşırıldığı üşün, gec-tez hakimiyyət daxilində qruplaşmaların yaranması labüd olur. Monolitlik pozulur, asan dağılmağa meylli koloniya yaranır. Senyorlardan hər hansı biri regionda qəti üstünlük qazanarsa, öz qruplaşmasını yuxar...