Kayıtlar

neftin qiyməti etiketine sahip yayınlar gösteriliyor

Natiq Cəfərli böhran haqqında yazır - 08.12.2015

Resim
Ölkəmiz çox ağır və uzunmüddətli böhranın ortasına doğru sürətlə irəliləyir. Bizim tənbəl və savadsız hökumətimiz zamanı boşa xərclədi, imkanlarımızı tükətdi, daha az ağrılı, insanlarımıza az təsir edə biləcək islahat aparma imkanlarını yelə verdi. Dövlət qurumlarımız da, iqtisadiyyatımız da terapeftik üsullarla, “iynə-dərmanla” artıq sağalmayacaq, bu fürsəti qaçırdıq, indi cərrah üsulları ilə, əməliyyatla, ağrılı və sancılı reabelitasiya dövrü ilə dövlətimizi və iqtisadiyyat ımızı sağaltmalıyıq. Çətin olacaq, sancılı olacaq, amma indi əməliyyat etməsək, çürüklərimizi kəsib atmasaq, bütün “bədən” qonqrena verəcək, dövlətimiz də, müstəqilliyimiz də təhlükə altına düşəcək. 

Dekabr ayının iqtisadi təhlili

Resim
Dekabr ayı həm siyasi, daha çox da iqtisadi anlamda çox maraqlı ay olacaq. Bir-birinin ardınca önəmli hadisələrin, dünya iqtisadiyyatına təsir göstərə biləcək qərarların olması gözlənilir. Bunların Azərbaycana da təsirləri olacaq, amma bizdə iqtisadiyyat olmadığından yeganə təsir həmişəki kimi neft qiymətləri və manatın məzənnəsi üzərindən olacaq: 1) Dekabrın 4-də OPEK-in növbəti toplantısı olacaq, Venesuella israrla lobbiçilik edir ki, hasilat kvotaları düşürülsün, neftin qiyməti, heç olmasa 60-70 dollara qalxsın. Amma Səudiyyə və digər OPEK ölkələri bu təklifə yaxın durmur, səbəbi də Səudiyyə və digər ərəb dövlətlərinin əbədi və əzəli rəqibi İran dövlətidir. OPEK 2011-ci ildə İranın təşkilat daxilində kvotasını ləğv etdi, indi isa İran dünyaya geri dönür, sanksiyalar qalxır, öz kvota payını geri istəyir. Bunun üçün gərək başqa dövlətlər payını azaltsın ki, OPEK-in ümumi istehsal kvotası (gündəlik 30-31 mln barel) artmasın. Amma heç kim bazar payını itirmək istəmir, çünki OP...