Elmi uğur və onun əziyyəti barədə
Danimarka kralı Tiko Brahiyə Hven adasını bağışlayır, adada quracağı rəsədxananın-Uraniborqun bütün xərclərini qarşılayır. Brahi uzun illər ərzində o zamana qədər aparılmış ən dəqiq müşahidələri aparır. Kepler (ağır revmatizm xəstəsi, gözləri zəif olsa da müasir optika nəzəriyyəsinin qurucusu, atası sərsəri, anası psixi problemləri olan biri, şəhərdən şəhərə gəzib iş axtarır, bir tərəfdən İnkvizisiyanın cadugərliklə günahlandırdığı anasını müdafiə edib üstəlik onun həbsxana xərclərini çəkərkən bir tərəfdən Kopernikin sistemini müdafiə etdiyi üçün din xadimlərinin hücumuna məruz qalır, üstəlik Brahinin varislərinin ardından şəhər şəhər gəzib onlardan əsərlərində Brahinin müşahidələrindən istifadə etmək üçün icazə almağa çalışır) bu mükəmmələ yaxın müşahidələrə əsaslanaraq planetlərin dairəvi deyil elliptik orbitlərdə hərəkət etdiklərini sübut edir, əslində aradakı fərq sadəcə çox incə müşahidələrin ortaya çıxaracağı qədər kiçikdir (Kilsənin qəbul etdiyi dünyagörüşündə göylər müqəddə...