Dünyanın sürətlə dəyişməsi haqqında...
Ölkəmizin iqtisadi vəziyyəti hər gün daha da çətinləşir, böhran artıq depressiyaya qədəm qoyub, amma hökumətin heç bir plan-proqramı yoxdur, sadəcə oturub neftin qiymətinin qalxmasını gözləyirlər. Amma dünya gözləmir, sürətlə dəyişir, yeni texnologiyalar, yeni yanaşma iqtisadiyyatın da mənzərəsini çox dəyişib, yeni qazanc mənbəələri yaranır, yeni peşələr meydana çıxır, yaxın 15-20 ildə bu gün olan peşələrin yarıdan çoxu tarixə qovuşacaq, iqtisadiyyat yeni çarxlar üzərində dönməyə başlayacaq, dünyada enerji inqilabı baş verəcək (proses artıq gedir). 150 il öncə dünyada ən çox yayılan peşələrdən biri küçə fənələrini yandırmaqla məşğul olan insanların peşəsi idi, elektrik çıxdı, o peşə də ölüb-getdi. Cəmi 60-70 il bundan öncə ən geniş yayılmış peşələrdən biri kammutatorlarda çalışan telefonçular idilər. Elektron ATS-lər yarandı, bu peşə də tarixə quvuşdu. Yaxın 15-20 ildə, məsələn, turizm agentlikləri silinəcək, böyük alış-veriş mərkəzləri silinəcək, hətta benzinlə işləyən maşınların ...