Kayıtlar

Azər Qasımlı etiketine sahip yayınlar gösteriliyor

"İlham Əliyev də status-kvonun tərəfdarıdır"

Resim
Bu gün Qarabağ problemi ətrafında heç bir ciddi proses yoxdur. Sadəcə İlham Əliyevin korrupsiya əməllərini ifşa edən "Panama Papers" adlı sənədləri və məsələni ört-dasdır etmək, manatın devalvasiyası, iqtisadi krizis və sosial problemləri gündəmdən çıxarmaq üçün Qarabağ kartı hakimiyyət tərəfindən istifadə edildi. Əslində isə status-kvo nə idisə, indi də odur. Dəyişən bir şey yoxdur! Nə Rusiya bizi dəstəkləyəndir, nə Minsk Qrupu məsələyə ədalətli yanaşandır, nə Qərb bizə dəstək durandır, nə də Ermənistan geri çəkiləndir. Bir sözlə, nə dünya dəyişib, nə Azərbaycan... Vyanada Əliyevlə Sarkisyanın görüşündən heç bir gözlənti olmamalıdır. 10 ildən çoxdur, görüşürlər, bu da görüşlərdən birisi olacaq. Hər iki prezidentə Qarabağ probleminin olduğu kimi qalması sərf edir. Bu gün yalnız Sarkisyan və Ermənistan deyil, İlham Əliyev də status-kvonun tərəfdarıdır. Çünki Qarabağı geri almaq üçün savaşmaq lazımdır. Savaş da indiki hakimiyyət üçün əlavə risklər, ruslarla problemlər dem...