Erkin Qədirli millətçiliklə bağlı
Millətçilik anlayışımla bağlı aydınlatma söz vermişdim. Buyurun, oxuya bilərsiniz. 1. Millətçilik etnik qavramdırmı? Mənim üçün deyil. Mən etnik qavramları siyasətə daşıyanlardan deyiləm. Bununla belə, millətçiliyin, şübhəsiz ki, bir etnik kökə bağlı kulturoloji çərçivələri olur. Tamamən əlaqəsiz (dil, din, adət-ənənə, birgəyaşayış və s. bağları olmayan) xalqların ortaq millət formalaşdırması mümkün deyil. Müstəmləkəçilik çağında Avropa'dan hər iki Amerika qitəsinə köçmüş və sonradan Afrika'dan kölə şəklində oralara köçürülmüş qrupların çeşidli Amerikan dövlətləri yaratması faktı, söz etdiyim çərçivələr məsələsində istisna sayıla bilməz. Çünki həmin qruplar oraya xalq kimi deyil, mühacir, macəraçı, sahibkar, dindar, hərbçi, cinayətkar, qaçqın və s. halında getmiş, orada gəlmə olduğunu anlamış, bu anlayışla barışmış və bunun nəticəsində hər şeyi, belə demək olarsa, sıfırdan başlamışlar. Çeşidli coğrafi (məsələn, Yaponiya) və ya siyasi (məsələn, Ermənistan) səbəblərdən...