Ana Yasa düzəlişləri ilə bağlı təkliflərə dair düşüncələrim (birinci yazı)
1. Kiçik giriş hekayəsi. Roma imperatorluq dönəminə yenicə keçməyə başlayanda, imperatorların hakimiyyəti çox da güclü deyildi. Hələ xalqla hesablaşmalı, Senatın sözünə baxmalı olurdular. Sonra, öncə konsulların səlahiyyətlərini aldılar - icra hakimiyyəti və hərbi komandanlıq. Daha sonra, Pontifex Maximus'un səlahiyyətlərini - dini ayinlərin baş icraçısı. Ondan sonra, senzorların səlahiyyətlərini - vətəndaşların əmlak vəziyyətləri, gəlirləri və vergiləri haqqında məlumat toplamaq, seçki siyahılarını hazırlamaq, seçki dairələrini təşkil etmək. Ən sonda tribunların səlahiyyətlərini aldılar - Senatın qərarlarına veto qoymaq. Bütün bunlar xalqın razılığı, hətta tələbilə edildi. Beləcə, Roma respublikalılığını itirdi. George Washington ABŞ Prezidenti seçiləndən sonra camaatın arasına çıxdı, camaat da "Yaşasın Kral!" bağırdı. Camaat elə bilmişdi ki, Amerika İngilis kralından qurtuldu, indi öz kralı olacaq. Amma elita respublika qurmaqda israrlı oldu. 1918-ci ildə Azər...