Kayıtlar

İstəmədiyin ixtisasda oxumaq, sevmədiyin qadınla evlənmək kimi ... - Nail Zeynalov

Resim
Bizim vaxtımızda ali məktəbə qəbul imtahanından əvvəl 15 ixtisas yaza bilirdin. Mən jurnalistikanı 10-cu yazmışdım. Sınaq imtahanlarında 600-650 bal toplayırdım deyə, birinci yazdığım yerə qəbul olacağımdan o qədər əmin idim ki, ilk 3 yerdən sonra next next next eləmişdim. Bir an olsun, jurnalistika barədə düşünməmişdim. İstəmədiyin fakültədə "oxumaq", sevmədiyin qadınla evlənmək kimi bir şeydir. Sevmədiyi qadından başını götürüb çayxanalarda, orda-burda gün keçirən ərlər kimi, mən də dərs vaxtları hardasa domino oynamışam. İndi dostluğumda olan müəllimlərim xatırlamaz, amma mən universiteti onların sayəsində bitirmişəm. Qulu müəllimin, Akif müəllimin, dostluğumda yoxdu deyə adlarını işarələyə bilmədiyim müəllimlərin sayəsində. Neçə dəfə qovulmaq ərəfəsində, bu dəqiqə "boşanacağıq" dediyim anda Ali müəllim məni rektorun əlindən alıb qaytarıb dərsə... Bir-iki ay sonra yenə, yenidən... Məlum məsələdi, jurnalistikanı sevmirdim, sevmirəm, bütün bunlar ...

Patrik Balakiyanın Pulitzer mükafatı alması haqda - Cavid Ramazanov

Resim
Məşhur Pulitzer mükafatının bu ilki ədəbiyyat, poeziya üzrə qalibi erməni Patrik Balakiyan oldu. Bilən bilir, Pulitzerin qalibi olmaq dünya şöhrəti deməkdir.  Hansı daşın altını qaldırırsan, mütləq bir erməni çıxır. Dünya səviyyəsində saysız-hesabsız adamları var. Ermənilər arasında oxumaq, dil öyrənmək, sənətlə məşğul olmaq daim təşviq olunur. Bizimkilər ermənilərlə dolma-badımcan, zurna-balaban kimi yox, belə məsələlərdə rəqabət aparsaydı, indi xeyli qabaqdaydılar. Erməni olanda nə olar, adam gərək düşmən saydığından da nəsə öyrənsin.  Bizdə isə neft pulları adam yetişdirməyə yox, mərmər-betona, şəxsi eqoları sığallamağa xidmət elədi. Beş-altı uşağı xaricə oxumağa göndərirdilər, indi o da olmayacaq, ən azı bakalavr oxumağa gedənlər olmayacaq. Erməni diasporası isə, Ermənistanın hansısa ucqarında bir balaca istedad qığılcımı olan gənc görəndə, Amerikaya, Avropaya-filan aparıb, hər cür şərait yaradır ki, oxu adam ol, bizi təmsil et. Strategiya, uğur belə qurulur. B...

"Ölkə düzgün yoldadırmı?"

Resim
ABŞ-da demək olar ki, hər ay "ölkə düzgün yoldadırmı?" adlı sorğu keçirilir. Bu sorğu ilə hökümətin siyasətinə əhalinin reaksiyanı öyrənirlər. Son 13 il ərzində elə bir sorğu olmayıb ki, ölkənin düzgün yolda olduğunu deyən insanların sayı, yanlış yolda olduğunu deyənlərdən çox olsun. Bununla bərabər düzgün istiqamətdə olduğunu deyənlərin sayı demək olar ki, heç vaxt 35 faizdən yuxarı olmayıb. Yalnız bir dəfə, düz 13 il qabaq əhalinin əksəriyyəti (50%-41%) ölkənin düzgün yolda olduqlarını deyib. Həmin zaman ABŞ əsgərləri İraqda döyüşürdü. Vüqar Salamlı - 03 aprel 2016 ( https://www.facebook.com/vugar.salamli/posts/10153875743871348 )

"5 günlük" müharibənin nəticələri

Resim
Pozitiv: 1) Ordumuz qarşısına qoyulan vəzifələri icra edə bilər, əsgərimiz mərddir, qəhrəmandır, 2) Xalqımız bağışlayandır, qələbəyə acdır, 3) Cəmiyyətin bütün kəsimləri vətən torpaqlarının qaytarılması məsələsində yekdildir, 4) Qarabağ yeganə mövzudur ki, iqtidar-müxalifət yanaşması, aşağı-yuxarı, eynidir. Neqativ: 1) Cəmiyyətimiz asan manipulyasiyaya uyandır, 2) Küyə düşən əemiyyətdə ayrı fikir, fərqli düşünmə təklifi eşidilmir, "kütlə" effekti yaranır, insanlar ancaq eşitmək istədiklərini tələb edirlər. Bir çox siyasətçilər də məsuliyyətsizcəsinə populizmə yuvarlanırlar, 3) Hökumət əhalini qaza gətirdi, amma bu proses kortəbii və düşünülməmiş addımlardan ibarət oldu. Bəs indi cəmiyyətdə yaranan suallara kim və necə cavab verəcək, 4) Nə qədər güclü orduya malik olsaq da, torpaqlarımızın güc yolu ile qaytarılmasının mümkünsüzlüyü bir daha ortaya çıxdı. Sülh yolu ilə də torpaq qayıtmayacaq, deməli her iki yolu birləşdirən, bir-birini tamamlayan "hibrid" yol ta...

Pulsuz vətəndaş fəallığı haqqında

Resim
Düşünürəm ki, bəzi sadə həqiqətləri yeri gəldikcə dönə-dönə təkrar etməliyik. Odur ki, onlardan birini mən deyim. Ən böyük bəlalarımızdan biri biganəlikdir. "Əşi nəyimə lazımdır?" sualıdır. Hər kəs siyasətlə məşğul olmalı deyil. Biganəlik deyəndə tək ictimai-siyasi fəallığı nəzərdə tutmuram. İndi sadaladığım sahələrdə çoxlu işlər görmək olar: - qonşumuzda 3-4 nəfər məktəbli uşağı müəyyən edib onlara dərslərini etməkdə kömək edə bilərik.   - ehtiyacı olan adamlara könüllü sadə ingilis dili dərsləri keçə bilərik   - 5, 6 nəfər məktəbli müəyyənləşdirib, onlara mentorluq edə bilərik. Muzeyə, kinoya, gəzməyə apara bilərik. Onlara kitab oxuya bilərik.   - boş qalmış yerlərdə ağac əkə bilərik - dostları, tələbə yoldaşlarını yığıb sahil zonalarını plastik zir-zibildən təmizləyə bilərik - qonşuluqda olan yaşlı insanlar müəyyənləşdirib həftədə bir dəfə gedib evlərini yığışdıra, zibillərini ata, onlara yemək bişirə, bir az söhbət edə bilərik   - marağı olan evdar xanımlar...

Natiq Cəfərlinin terrorun qarşının alınması ilə bağlı proqnozu və təklifi

Resim
Avropada terror aktları artdıqca, günahsız insanlar vəhşilər tərəfindən qətl edildikcə, Avropanın siyasi xəritəsi dəyişəcək, növbəti illərdə millətçi, ifrat-sağ qruplar və siyasi partiyalar hakimiyyətə gələcək. Ölkələrdə gəlmələrə qarşı radikallıq artacaq, köçmənlərə qarşı qanunlar sərtləşdiriləcək, bu isə yeni aqressiyalar doğuracaq. Baş verənlərin bir çox səbəbi var, amma əsas səbəblərdən biri son 50 ildə Avropada yanlış və çox səhv “multikulturalizm” siyasətinin nəticəsidir. Əsli-astarı, konsepsiyası olmayan bu siyasət sonda “təbii gettoların” yaranmasına səbəb oldu, köçmənlərin iqtisadi, siyasi, içtimai inteqrasiyasına mane oldu. Avropa şəhərlərində “etnik məhəllələrin” yaranması köçmənlərin Avropaya inteqrasiyasının qarşısını aldı. Uzun illər də buna göz yumuldu, bu səhv siyasətə qulağa xoş gələn, yeni bir ad da qoydular – “multikulturalizm”. Həmin “təbii gettolarda” yaşayan köçmənlər dövlətdən hər cür kömək gördülər, öz ölkələrində orta sinfin qazandığından da çox sosial yard...

2016-cı il 1918-ci ilə oxşayır

Resim
Birinci Dünya müharibəsindən sonra Avropada nə qədər avantürist var idi, hamısı olmuşdu populyar. Rasional düşüncə böhran yaşayırdı. Savad etibarilə orta səviyyəli, amma xariizmatik populistlər demokratiyanı dağıtmaq üçün elə demokratiyanın özündən istifadə edirdilər. Bunlar həm solçu olurdular, həm sağçı. İfrat sol yaranan yerdə ifrat sağ da qaçılmaz olur, yaxud tərsinə. Sonra elə oldu ki, ifrat sağ asta-asta Avropanın xeyli hissəsində hakimiyyəti ələ keçirdi. Telmandan tutmuş, Qramşiyə, İspaniya kommunistlərinə qədər hamısı sıradan çıxarıldı. İfrat sol ancaq SSRİ-də qaldı. Sonra bir-birinin qatı düşmənləri, Rusiyanı ələ keçirmiş ifrat sol və Avropanı ələ keçirmiş ifrat sağ 1939-cu ildə Molotov-Ribbentrop paktını bağladılar. Ardınca dünya müharibəsi başladı. Çünki ifrat sağ zəfər yürüşünə başlayırdı. Molotov-Ribbentrop paktı da uzun çəkmədi. Qatı düşmənlər müharibəyə başladılar. Almaniya hücum etdi. Amma hətta o hücum etməsə idi belə, bir az əvvəl Finlandiya ilə müharibə...