Kayıtlar

İkinci kvant inqilabı - Avropa elmin yeni beşiyinə çevrilir

Resim
Kvant fizikasının gətirdiyi inqilabi yeniliklər nəinki ölkələr, artıq qitələrarası rəqabətə çevrilməyə başlayıb. Mayda Hollandiyanın ev sahibliyi etdiyi Avropa Kvant Konfransında “Kvant Manifesti”nin bəyanatı verilidi. “Kvant Manifesti”nin məqsədi elm, mühəndislik, sənaye və sahibkarlıq fəaliyyətilə müştərək olaraq kvant texnologiyasının bütün potensialını ortaya çıxarmaqdı. Konkret olaraq, manifestin bəyanatında məqsədi belə açıqlanır: Avropanı ikinci kvant inqilabında dünyada lider halına gətirmək. İkinci kvant inqilabı elə də uzaq deyil, 2018-ci ildən başlayaraq 2035-ə qədər davam edəcək texnoloji revolyusiyanın adıdır. Birinci kvant inqilabı 1900-cu ildə dahi fizik Maks Plankla başladı, 20-30 il ərzində Nils Bor, Verner Heyzenberq, De Broyl, Eynşteyn, Pauli, Şredinger, Dirak kvant nəzəriyyəsinin bazasını qurdular. Əsrin ortalarında nəzəri fizik Feynman nəzəriyyəni interqal yolu ilə yenidən işləyib hazırladı. Buna baxmayaraq “mən kvantı başa düşə bilmirəm, amma işləyir” dedi...

Mendeleyev cədvəlində element erməni alimin şərəfinə adlandırıldı

Resim
Bir həftə əvvəl dekabrda kəşfləri təsdiqlənən 4 kimyəvi elementə yeni, maraqlı adlar verildi. Həmin 4 elementlə Mendeleyevin periodik cədvəli tamamlanmışdı və elm aləmində böyük sevinc doğurmuşdu. Bu haqda həmin vaxtlarda yazmışdım . Cədvəlin son elementləri ağır və radioaktiv olduqlarından ancaq laboratoriya şəraitində alınır. Təbii ki, ion sürətləndiricləri yeni elementlərin kəşfində əsas rolu oynayır. Məsələn, Almaniyada, Darmştadda yerləşən və illik büdcəsi 108 milyon avro olan GSİ Helmholz araşdırma mərkəzinin UNİLAC adlı akssleratoru. Keçən ilin sentyabrında mərkəzdə olarkən həmin ion sürətləndirici vasitəsilə bizim qrupun da gecə-gündüz növbəli, yorucu eksperimentləri olmuşdu. Mərkəz ona görə əsas araşdırma bazalarından biridir ki, periodik cədvəldəki 6 element (Bh, Hs, Mt, Ds, Rg, Cn) orda kəşf olunub. İyunun əvvəlində yenilərə verilən adlara nəzər salmağa dəyər:  --113-cü elementə “Nihonium” (Nh) adı yaponların şərəfinə verilidi. Bu elementi Yaponiyada RİKEN ak...

DNT-nin ikinci qatı kəşf edildi

Resim
Hollandiya fizikaçıları genetika ilə bağlı apardıqları araşdırmada DNT-də ikinci qat informasiya kodlandığını tapıblar. Bu nəticə genetikada uzun müddət ehtimal olunan görüşün təsdiqidi. DNT zəncirində 3 milyard hərfin unikal ardıcıllğı hər insanın özünəməxsus bədən quruluşu, sifət cizgiləri, göz, dəri rəngi, hətta yeriş tərzini və s. təyin edir. Nəzərə almaq lazımdı ki, həmin 3 milyard cüt hərf də cəmi 4 hərfdən təşkil olunub. Bu haqda və ümumiyyətlə, valideyn-uşaq oxşarlığı, qohumların oxşarlıq dərəcəsinin genetik səviyyədə mücməl izahını bir neçə ay əvvəl yazmışdım . Həmin yazımda əsas məsələ hərflərin ardıcıllığıdı. Başqa cür ifadə edəsi olsaq, hərflərin ardıcıllığı DNT-nin daşıdığı birinci qat informasiyadı. Sözügedən araşdırma isə DNT-də ikinci qat şifrələnmiş informasiya haqdadı. DNT zəncirində nəinki hərflərin ardıcıllığı, həm də zəncirin hansı formada bükülməsi, qıvrılması, burulması, bir sözlə hüceyrənin nüvəsi içində paketlənmə üsulu da informasiya daşıyır. Bu, birba...

Xalq Cümhuriyyəti barədə yanlış inamlar haqqında

Resim
Bu gözəl bayram münasibəti ilə hər birinizi təbrik edir və cümhuriyyət dəyərlərini doya-doya yaşamanızı arzu edirəm)) Bəzən AXC haqqında deyirlər ki, bəs o dövlətin olmasından o vaxtki əhalinin xəbəri olmayıb filan. Düzdür, o zaman savadlı insan az idi deyə bütün hekayəni yaradan insanların sayı bir o qədər də çox deyildi, amma bu yaxınlarda bu məsələylə bağlı maraqlı bir şey öyrəndim. Sən demə cümhuriyyətin yaranmasını elan edən Milli Şuranın üzvləri 1918-ci il yanvarın 5-də Rusiyada Müəssislər Məclisinə seçilən şəxslər imiş O dövr çox maraqlı və qarışıq dövrdür. Bizimkilər birləşib bir yerdə giriblər seçkilərə və düz 600 min səs toplayıblar. O zaman Azərbaycan əhalisin təxminən 2 milyon olduğunu və qadınların səs vermədiyini düşünsək bu möhtəşəm nəticədir. Maraqlıdır ki, dindarlar cəmi 60 min səs yığa bilib. Bu məsələdə yaxşı bir gediş edib cümhuriyyətçilər. Seçkidən əvvəl din xadimlərinin seçicilərə təsir etməsini qadağan edən bir qanun qəbul etdiriblər. Ona görə də dindarl...

Böyük rus ədəbiyyatının mənfi cəhəti

Resim
Rus ədəbiyyatı böyükdür, bunu hər kəs anlayır. Rus ədəbiyyatının bizim ədəbiyyata, özəlliklə ədəbiyyata münasibətimizə təsiri danılmazdır. Amma burada önəmli məqam var. Onun haqqında heç danışılmır, ona görə də çox şey hazır həqiqət (şablon) kimi qəbul olunur. Ədəbbiyyata bir tekst kimi baxsaq, daha doğrusu ədəbbiyyatın çeşidli tesktlər arasında (kontekstdə) yerini görməyə çalışsaq, maraqlı görüntü yaranır. Tekstlər müxtəlif olur: qəzet tekstləri, məhkəmə tekstləri, parlament tekstləri, elmi və fəlsəfi tekstlər və s. Bədii tekst (ədəbiyyat) bunlardan yalnız biridir. Rus ədəbiyyatının böyüklüyü, amma eyni zamanda həm də problemi ondadır ki, o, tekstlər arasında sadəcə biri deyil, birincisidir. Rusiya'da bədii ədəbiyyat başqa tekstlərdən öncə yarandı, böyüdü, gücləndi. Rusiya'da qəzetlərin, məhkəmələrin, yerli özünü-idarəetmənin, parlamentin, elmin, fəlsəfənin və s. olmadığı bir vaxtda dünyanı, ölkəni, təbiəti və s. anlamaq üçün yalnız bədii tekst yararlı ola bildi. ...

"Telefonların zaryadkası" bitməyəcək

Resim
Bu yaxınlarda Almaniyanın alternativ enerji mənbələrindən hasil etdiyi təmiz enerji əhalinin tələbatını demək olar ki, tamamilə qarşıladı. 15 dəqiqə müddətində sayğaclar tərsinə işləyərək əhaliyə əlavə pul qazandırdı. Almaniya 2050-ci ilə kimi planlaşdırdığı bu nailiyyətə, görünür, vaxtından əvvəl nail olacaq. Elmə və texnoloji gəlişimə üstünlük verən digər dövlətlər də oxşar planlar işləyib hazırlamaqdadırlar. Bizdə də təmiz enerji üçün böyük imkanlar var və bunlardan konkret olaraq ikisi ( günəş və dənizin dalğa enerjisi) haqqında daha əvvəl yazmışdım. Böyük miqyaslarda bu cür potensial enerjilərdən əlavə kiçik şkalada da alternativ enerji mənbələri var. Məsələn, telefonun, tabletlərin batereyasına bəs edəcək qədər enerji mənbəsi mümkündür və hal-hazırda nanotexnologiya üzrə araşdırma qruplarından bəziləri sırf bu işlə məşğuldurlar. Belə mənbələrdən biri gündəlik geydiyimiz köynəklər ola bilər. Xüsusi növ materialdan hazırlanmış köynəyi geyinirsiniz, hərəkət etdikcə həmin köyn...

Hüquq, yoxsa Məntiq?

Resim
Yunanlar, eyni suala çeşidli cavabların olduğunu görəndə, doğru cavabı axtarmağa girişirdilər. Romalılar belə durumda doğru cavabı deyil, faydalı cavabı tapmağa çalışırdı. Nəticədə, Yunanlar məntiqi yaratdılar, Romalılar - hüququ. Təktanrılı dinlər yaranandan sonra, özəlliklə Xristianlıqda kilsənin bu işdə rolu böyük oldu, hüququ məntiqə tabe etdirdilər (haqqın Tanrıdan gəldiyini iddia edən teokratik nəzəriyyələr). Oyanma (Renessans) və Aydınlanma (Enlightment) çağlarında hüququ məntiqdən ayırmağa çalışdılar (haqqın insan təbiətindən doğduğunu iddia edən təbii hüquq nəzəriyyələri). Yenilənmə (Modern) Çağında dövlət dini özündən ayıra, bütün ictimai işlərdə hakim mövqe qazana bildi və bununla hüququ yenidən məntiqə tabe etdirdi (pozitivist və normativist nəzəriyyələr). Sonradan, beynəlxalq hüququn və təbii hüquq nəzəriyyələrinin yeni örnəklərinin ortaya çıxmasıyla hüquqla məntiq arasında məsafə yenidən böyüməyə başladı. Məntiq ən çox və daha yaxşı hakimiyyətin tətbiq olunduğu...