Kayıtlar

Xəyal qurmaq və yaşamaq uğrunda mübarizə haqqında

Resim
Qərb insanının əldə etdiyi uğurlardan biri də boş vaxtdı. İşdən, yuxudan sonra qalan vaxtda həyatlarını planlama və yaşama imkanları genişdi. Bizim ölkədəki bərbad sistem isə nəinki insanların azadlığını, həm də onların boş vaxtlarını da məhdudlaşdırır. Boş vaxt yalnız şəxsi işlər üçün deyil, həm də xəyal qurmaq, düşünmək üçün vacibdir. Xəyal qurmaq şəxsi həyatın məhsuldarlığını artıra bilər. Kaliforniya Universiteti, Psixologiya və Beyin Elmləri departamentinin araşdırmasına əsaslanaraq, xəyal quran iştirakçılar kreativ düşünmə testində digərlərindən 41% çox müvəffəq olublar. Elm adamları üçün xəyal qurmaq hətta əsas məsələlərdən biridi. A. Eynşteyn nisbilik nəzəriyyəsini ərsəyə gətirmək üçün uzun müddət xəyal qurmuşdu. Koqnitiv psixologiyada xəyalqurmanın 3 növünü ayırırlar:  1) Diqqətsizlik xəyalqurması: əsas fikir əməliyyatına və ətraf mühitə fokuslanmaq lazım olduğu halda xəyala dalmaq fikri cəmləməni dağıdır. Fikirli adam işini yerinə yetir bilmir, mənfi təsir əm...

Oşonun Rolls Royce kolleksiyası. Rasionalizm spiritualizmə uduzurmu?

Resim
İntellekt sahibi, incəsənət xadimi bir paytaxt sakini, olduqca xüsusi bir nəsnə göstərəcəyini vəd edərək ehtiramla qutuları açmış, zərfin içindəki külü göstərmişdi-"Hindistandan gəlib, Sai Baba (hindistanlı bir quru-anadan olduğu kəndin yaxınlığında aeroport tikilib) barmaqlarını birbirə sürtür və bu kül yaranır" demişdi. Son dövrlərdə böyük bir mədəniyyətin zəif mirasçısı olaraq dünyanı ən çox dolamış uluslardan biri Hindistandır. İngiliscənin ən sərt aksentlərindən birinə sahib olduqları halda, youtube-da ingiliscə öyrənmək üçün videoların çoxu hind aksentlidir-aksentlərini düzəltmədən dünyaya ingiliscə öyrədirlər. SSRİ kimi kosmik ölkəni melodramaları ilə dəli eləmişdilər. Məşhur filmə 70 milyon sovet izləyicisi baxmışdı, filmlərinin əsas süjet xətti kasıbların fəzilətli olduğu idi-bəlkə də SSRİ-ə buna görə sərf edirdi.  Dünyanın başqa yöndən quruları ilə gic ediblər. Yerindən duran dünyaya ağıl öyrədir. Oşo, Krişnamurti, Çopra, Sai Baba-bizim adını eşitmədiyi...

Respublikaçı və demokratlar arasında terminologiya müharibəsi

Resim
ABŞ konqresində 1955-1995 illər ərzində fasiləsiz olaraq çoxluq demokratların əlində idi. Demokratlar o qədər güclü idilər ki, bəzi illər konqresdəki nümayəndələri az qala 70 faizə çatırdı. Reyqanın ölkə üzrə böyük üstünlüklə prezident seçilməsi belə demokratların konqresdəki çoxluğuna mane ola bilmədi. Respublikaçılar bu vəziyyətdən o qədər bezmişdilər ki, partiyada ciddi dəyişikliklər etməyə, eksperimentlərə getməyə razı idilər. Beləliklə 1994-cü il aralıq seçkiləri zamanı Newt Gingrich və Dick Armey-nin rəhbərliyi ilə respublikaçılar “Contract with America” adlı bir sənəd hazırlayırlar. Bu sənəd partiyanın gələcəyə yönəlmiş platforması idi. Bu iki səhifəlik sənədin lüğəti, səmimi dili, sadəliyi o qədər güclü idi ki, çox qısa zamanda ABŞ-ın hər bir tərəfində danışılmağa başlayır. Nəticədə respublikaçılar 40 ildən sonra ilk dəfə konqresdə üstünlüyü qazana bildilər (Gingrich spiker, Armey çoxluq lideri seçilir). O zamandan bəri respublikaçılar qısa bir vaxt kəsimini saymasaq (...

Müxalifətin prinsipsizliyi haqqında

Resim
2011-ci ildə yazıçı Rafiq Tağı dünyasını dəyişəndə əsas mübahisələrdən biri dindarlarla sekulyarlar arasında idi. Məlum məsələdir: Rafiq Tağı dindarların düşməni idi. Yazılarına görə dindarlar ona ölüm hökmü çıxardıb və dini yazısına görə həbsdə yatıb. Buna görə də dindarlar demək olar ki, onun öldürülməsinə sevinirdi. Həmin vaxt müxalifətin cəmləşdiyi İctimai Palata adlı bir qurum var idi. R.Tağının qətlindən bir neçə gün sonra İP-nın iclaslarının birində təklif olunmuşdu  ki, yazıçı 1 dəqiqəlik sükutla yad edilsin. O vaxt orada təmsil olunan Hacı İlqar İbrahimoğlu və digər mühafizəkar dindarlar buna etiraz etmişdi. Müxalifət liderləri də ölkədəki xalqın çoxunun dindar olmasını nəzərə alıb dindarların dediklərini etmişdilər. 2010-cu ildə "Alma" qəzetində türk yazıçı Turan Dursunun din mövzusunda yazısı tərcümə olunaraq dərc olunmuşdu. Yazı dindarların qəzəbinə səbəb olmuşdu.  Deyerler.org  (Hacı İlqar İbrahimoglunun saytı) başladı qınaq yazılar yazmağa, dah...

Toplumlar və Atomlar

Resim
Kütlə öz içindən çıxan düşünən, aydınladıcı, həqiqətləri deyən fərdləri qəbul etməyə çox vaxt meyilli olmur. Bu cür insanları cəmiyyət müxtəlif ittihamlara məruz qoyur, çəkib öz səviyyəsinə salır, özlərindən biri edənədək dirəşir, əlləşir. Vaxtaşırı eşitdiyimiz “o kimdiki!?”, “nə vaxtdan yazıçı olub!?”, “hər kitab oxuyan yazıçı olur!?”, “Özünə filosof deyir, amma heç nə bilmir!” və s. tipli qarayaxmaların, istehzaların olması elə həmin səbəbə dayanır.  Sosial nəzəriyyələrlə bu prosesin mahiyyəti, davametmə ardıcıllığı ətraflı öyrənilib, əsas və yan təsirləri müəyyənləşdirilib. Bu, bilinən məsələlərdi. Burda demək istədiyim səbəbin sosialdan daha dərin, daha fundamental əsaslara gedib çıxmasıdı. Ta atom və molekullar səviyyəsində fundamental əsaslara. Fiziki nəzəriyyələrlə bilinir ki, təbiətdə 3 növ paylanma var:  1. Maksvell-Boltzmann paylanması  2. Bouz-Eynşteyn paylanması və  3. Fermi-Dirak paylanması  Kainatın indiki quruluşu zərrəcikləri...

Ana Yasa düzəlişlərilə bağlı təkliflərə dair düşüncələrim (ikinci yazı)

Resim
1. Tekst və kontekst. 1995-ci ildəki Konstitusiya layihəsini oxuyan kimi (tesktdən) anlayırdın ki, söhbət çox güclü, faktiki olaraq qeyri-məhdud Prezident hakimiyyətindən gedir. Dərhal hər şey aydın oldu, orası-burası olmadı. O tekstin konteksti də aydın idi. 1995-ci ilin Konstitusiyası - ölkənin deyil, neftin əsas qanunu oldu. Böyük neft şirkətləri və onların maraqlarını siyasətə daşıyan Qərb hökumətləri Azərbaycanda demokratik parlament, koalisyon hökumət və s. istəməyiblər. Onlar yalnız bir adamla danışmağı, yalnız onunla bütün işləri həll etməyi üstün tutublar (riskləri azaltmaq üçün). Həmin adamın şəxsiyyəti onları maraqlandırmırdı, təki o, hakimiyyəti əlində saxlaya bilsin. İş elə gətirdi ki, həmin adam Heydər Əliyev oldu. Amma Qərb üçün burası prinsipial deyildi - hakimiyyəti əlində saxlaya bildiyini təsirli şəkildə göstərən istənilən adamı dəstəkləyəcəkdilər. Konstitusiyada Prezidentə, faktiki olaraq, qeyri-məhdud hakimiyyətin verilməsi bir tək Heydər Əliyev'in şəxs...

Ana Yasa düzəlişləri ilə bağlı təkliflərə dair düşüncələrim (birinci yazı)

Resim
1. Kiçik giriş hekayəsi. Roma imperatorluq dönəminə yenicə keçməyə başlayanda, imperatorların hakimiyyəti çox da güclü deyildi. Hələ xalqla hesablaşmalı, Senatın sözünə baxmalı olurdular. Sonra, öncə konsulların səlahiyyətlərini aldılar - icra hakimiyyəti və hərbi komandanlıq. Daha sonra, Pontifex Maximus'un səlahiyyətlərini - dini ayinlərin baş icraçısı. Ondan sonra, senzorların səlahiyyətlərini - vətəndaşların əmlak vəziyyətləri, gəlirləri və vergiləri haqqında məlumat toplamaq, seçki siyahılarını hazırlamaq, seçki dairələrini təşkil etmək. Ən sonda tribunların səlahiyyətlərini aldılar - Senatın qərarlarına veto qoymaq. Bütün bunlar xalqın razılığı, hətta tələbilə edildi. Beləcə, Roma respublikalılığını itirdi. George Washington ABŞ Prezidenti seçiləndən sonra camaatın arasına çıxdı, camaat da "Yaşasın Kral!" bağırdı. Camaat elə bilmişdi ki, Amerika İngilis kralından qurtuldu, indi öz kralı olacaq. Amma elita respublika qurmaqda israrlı oldu. 1918-ci ildə Azər...