Kayıtlar

Dünya dinlərin iddia etdiyi kimi mükəmməldirmi?

Resim
Gözlüklü ilahiyyatçı əli qolunu ölçüb "göz mükəmməldir" desə də, ən az 56 göz xəstəliyi mövcuddur. Görünən işıq elektromaqnit spektrin 1%-indən azdır. Teleskop və mikroskop olmasa idi, insanların mikroorqanizmlərdən xəbəri olmaz, Ayı hələ də qüsursuz göy cismi hesab edərdilər. Hippokrat müasir tibbin qurucusudur, Asklepion rahibləri nəslindən olsa da, ənənəvi tibbi qəbul etməmiş, xəstəliklərin təbii səbəblərdən yarandığını müdafiə etmişdir, klinik tibbin və tibbi etikanın qurucusu sayılır.  "Epilepsiya digər xəstəliklərdən heç də daha səmavi, ya da müqəddəs deyil. İnsanlar cəhalətlərindən onun səbəbinin səmavi olduğunu düşünürlər".  Afinada yayılmış vəbaya qarşı tədbir görmək üçün Afinaya dəvət olunur. Dəmirçilərin vəba tutmadığını müşahidə edir və xəstəliyin quru və isti havada yayılmadığı nəticəsinə gəlir. Evlərdə ocaq yandırıb havanı qurutmağı, cəsədləri yandırmağı, suları qaynatmağı məsləhət bilir. Sənayeləşmə nəticəsində şəhərlərin əhalisi...

Hillary Clinton vs Donald J. Trump. Kimin qalib gəlmək şansı daha çoxdur?

Resim
26 iyul 2016 - Deməli vəziyyət belədir. Paytaxt ərazisi də daxil olmaqla 20 ştatda Klintonun güclü üstünlüyü var. Trump isə 21 ştatda ciddi üstünlüyə malikdir. Möcüzə baş verməsə seçki günü bu 41 ştatdan gələn səslərə görə Klintonun 249, Trumpın isə 164 səsi olacaq. Digər 9 ştatdan gələcək 125 səsin taleyi məlum deyil. Rəy sorğularında bu iki namizəd arasında fərq 2 fazidən azdır. Mübarizə bu ştatlarda gedəcək: Florida (29 səs), Pensilvaniya (20), Ohayo (18), Corciya (16), Şimali Karolina (15), Arizona (11), Nevada (6), Ayova (6), Nyu Hempşir (4). Prezident olmaq üçün 272 səs toplamaq lazımdır. Bu səbəbdən Klintonun işi daha asan görünür. Məsələn, bu ssenari ilə Klinton yerdə qalan 9 ştatdan ancaq Floridada qələbə qazansa, prezident olacaq. Problem ondadır ki, çox böyük bir ehtimal seçkilərdə daha iki namizəd olacaq. Həmin iki namizədin isə kimə mane olub, kimə köməkliyi edəcəyini təxmin etmək üçün hələ çox tezdir. 04 oktyabr 2016 -  ABŞ prezident seçkiləri ərəfəsi...

Fizika üzrə 2016-cı ilin Nobel mükafatı hansı kəşfə verildi?

Resim
Bir az əvvəl 2016-cı ilin fizika üzrə Nobel mükafatı açıqlandı. Mükafatı ABŞ-dan olan üç fizikaçı bölüşdü. D.Tulez, D.Holdeyn və M.Kosterlitz mükafatı maddənin topoloji fazalarını və fazalararası keçidin nəzəriyyəsini verdiklərinə görə qazandılar. Topoloji fazalar təbiətin dərin, fundamental gerçəklikləri ilə əlaqədardı. Topoloji faza nədir? Orta məktəbdən maddənin 3 halını yəqin ki, çoxları bilir. Mayedən qaz, bərk haldan mayeyə və s. keçidlərin də səthi mexanzimindən demək olar ki, çox adam xəbərdardı. Maddənin bu 3 halı orta tərtibli temperaturlarda, normal şəraitlərdə hamıya məlum hallarıdı. Qütbdəki buzlaqlarda ən soyuq (-80° - -85°S), metaləritmə zavodlarında ən isti (3000°-4000°S) rast gəlinən temperaturlardı. Maddənin 4-cü, plazma halı da alovun içində, Günəşdə yenə yüksək temperaturda ortaya çıxır. Günəşin daxilində istilik 1000000°S tərtibdədi. Görünən odur ki, yüksək temperaturun, istiliyin sərhədi yoxdu, milyon dərəcələrə gedib çata bilir. (Nəzəri hesablamalara görə o...

Xəyal qurmaq və yaşamaq uğrunda mübarizə haqqında

Resim
Qərb insanının əldə etdiyi uğurlardan biri də boş vaxtdı. İşdən, yuxudan sonra qalan vaxtda həyatlarını planlama və yaşama imkanları genişdi. Bizim ölkədəki bərbad sistem isə nəinki insanların azadlığını, həm də onların boş vaxtlarını da məhdudlaşdırır. Boş vaxt yalnız şəxsi işlər üçün deyil, həm də xəyal qurmaq, düşünmək üçün vacibdir. Xəyal qurmaq şəxsi həyatın məhsuldarlığını artıra bilər. Kaliforniya Universiteti, Psixologiya və Beyin Elmləri departamentinin araşdırmasına əsaslanaraq, xəyal quran iştirakçılar kreativ düşünmə testində digərlərindən 41% çox müvəffəq olublar. Elm adamları üçün xəyal qurmaq hətta əsas məsələlərdən biridi. A. Eynşteyn nisbilik nəzəriyyəsini ərsəyə gətirmək üçün uzun müddət xəyal qurmuşdu. Koqnitiv psixologiyada xəyalqurmanın 3 növünü ayırırlar:  1) Diqqətsizlik xəyalqurması: əsas fikir əməliyyatına və ətraf mühitə fokuslanmaq lazım olduğu halda xəyala dalmaq fikri cəmləməni dağıdır. Fikirli adam işini yerinə yetir bilmir, mənfi təsir əm...

Oşonun Rolls Royce kolleksiyası. Rasionalizm spiritualizmə uduzurmu?

Resim
İntellekt sahibi, incəsənət xadimi bir paytaxt sakini, olduqca xüsusi bir nəsnə göstərəcəyini vəd edərək ehtiramla qutuları açmış, zərfin içindəki külü göstərmişdi-"Hindistandan gəlib, Sai Baba (hindistanlı bir quru-anadan olduğu kəndin yaxınlığında aeroport tikilib) barmaqlarını birbirə sürtür və bu kül yaranır" demişdi. Son dövrlərdə böyük bir mədəniyyətin zəif mirasçısı olaraq dünyanı ən çox dolamış uluslardan biri Hindistandır. İngiliscənin ən sərt aksentlərindən birinə sahib olduqları halda, youtube-da ingiliscə öyrənmək üçün videoların çoxu hind aksentlidir-aksentlərini düzəltmədən dünyaya ingiliscə öyrədirlər. SSRİ kimi kosmik ölkəni melodramaları ilə dəli eləmişdilər. Məşhur filmə 70 milyon sovet izləyicisi baxmışdı, filmlərinin əsas süjet xətti kasıbların fəzilətli olduğu idi-bəlkə də SSRİ-ə buna görə sərf edirdi.  Dünyanın başqa yöndən quruları ilə gic ediblər. Yerindən duran dünyaya ağıl öyrədir. Oşo, Krişnamurti, Çopra, Sai Baba-bizim adını eşitmədiyi...

Respublikaçı və demokratlar arasında terminologiya müharibəsi

Resim
ABŞ konqresində 1955-1995 illər ərzində fasiləsiz olaraq çoxluq demokratların əlində idi. Demokratlar o qədər güclü idilər ki, bəzi illər konqresdəki nümayəndələri az qala 70 faizə çatırdı. Reyqanın ölkə üzrə böyük üstünlüklə prezident seçilməsi belə demokratların konqresdəki çoxluğuna mane ola bilmədi. Respublikaçılar bu vəziyyətdən o qədər bezmişdilər ki, partiyada ciddi dəyişikliklər etməyə, eksperimentlərə getməyə razı idilər. Beləliklə 1994-cü il aralıq seçkiləri zamanı Newt Gingrich və Dick Armey-nin rəhbərliyi ilə respublikaçılar “Contract with America” adlı bir sənəd hazırlayırlar. Bu sənəd partiyanın gələcəyə yönəlmiş platforması idi. Bu iki səhifəlik sənədin lüğəti, səmimi dili, sadəliyi o qədər güclü idi ki, çox qısa zamanda ABŞ-ın hər bir tərəfində danışılmağa başlayır. Nəticədə respublikaçılar 40 ildən sonra ilk dəfə konqresdə üstünlüyü qazana bildilər (Gingrich spiker, Armey çoxluq lideri seçilir). O zamandan bəri respublikaçılar qısa bir vaxt kəsimini saymasaq (...

Müxalifətin prinsipsizliyi haqqında

Resim
2011-ci ildə yazıçı Rafiq Tağı dünyasını dəyişəndə əsas mübahisələrdən biri dindarlarla sekulyarlar arasında idi. Məlum məsələdir: Rafiq Tağı dindarların düşməni idi. Yazılarına görə dindarlar ona ölüm hökmü çıxardıb və dini yazısına görə həbsdə yatıb. Buna görə də dindarlar demək olar ki, onun öldürülməsinə sevinirdi. Həmin vaxt müxalifətin cəmləşdiyi İctimai Palata adlı bir qurum var idi. R.Tağının qətlindən bir neçə gün sonra İP-nın iclaslarının birində təklif olunmuşdu  ki, yazıçı 1 dəqiqəlik sükutla yad edilsin. O vaxt orada təmsil olunan Hacı İlqar İbrahimoğlu və digər mühafizəkar dindarlar buna etiraz etmişdi. Müxalifət liderləri də ölkədəki xalqın çoxunun dindar olmasını nəzərə alıb dindarların dediklərini etmişdilər. 2010-cu ildə "Alma" qəzetində türk yazıçı Turan Dursunun din mövzusunda yazısı tərcümə olunaraq dərc olunmuşdu. Yazı dindarların qəzəbinə səbəb olmuşdu.  Deyerler.org  (Hacı İlqar İbrahimoglunun saytı) başladı qınaq yazılar yazmağa, dah...